"Gənc ekoloqların yay düşərgəsi" başa çatıb

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunmuş "Gənc ekoloqların yay düşərgəsi" başa çatıb.
Proqrama uyğun olaraq müxtəlif təlimlər, intellektual və ələncəli oyunlar və ekskursiyalar təşkil edilib. Gənclərə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, ətraf mühit, iqlim dəyişiklikləri, qlobal ekoloji problemlər, tullantıların yenidən emalı mövzular üzrə məlumatlar verilib.
Komandalara verilmiş tapşırığa əsasən ekoloji problemlərin həlli istiqamətində öz layihələrini təqdim ediblər. Layihəsi ilə fərqlənən üç komanda kubok və hədiyyələrlə mükafatlandırılıblar.



Xəbərlər  Tarix:   23 Avq 2022 / 13:25


« Əvvəlki xəbər (621 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR