Hərbi dənizçilərimiz növbəti mərhələni uğurla başa vurublar

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində ölkəmizdə təşkil olunan "Dəniz kuboku" müsabiqəsində iştirak edən komandalar “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində “Xilasetmə vasitələrinin istifadəsi” tapşırığını yerinə yetiriblər.
Bu mərhələdə çalışmanın şərtlərinə uyğun olaraq hər komanda beş nəfərdən ibarət olmaqla xüsusi üzgüçülük geyimlərini geyinərək 25 metr məsəfəni qət edib, xilasedici salı avarlar vasitəsilə təyin olunan nöqtəyə gətiriblər.
Hakimlər komissiyasının qərarı ilə Azərbaycan və Rusiya komandaları bərabər xalla birinci, İran komandası ikinci, Qazaxıstan komandası isə bu mərhələni üçüncü yerdə başa vurub.



Xəbərlər  Tarix:   23 Avq 2022 / 14:15


« Əvvəlki xəbər (611 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR