Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə üzrə sənədlərin qəbulu sentyabrın 30-da başa çatdırılacaq

Gənclərin cəmiyyətdə layiqli yer tutmasını, onların dövlət idarəetməsində yaxından iştirakını təmin edən və respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq prokurorluq orqanlarında gənc mütəxəssislərin tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir.
Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə 22.04.2022-ci il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu 30.09.2022-ci il tarixdə saat 18:00-da başa çatdırılacaqdır.
Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar ölkədə elan edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi nəzərdə tutulduğundan müvafiq ərizə və digər sənədləri “PDF” faylı formasında skan edərək Baş Prokurorluğun kadr_qebul@prosecutor.gov.az elektron poçt ünvanına göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.
Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı və tələb olunan sənədlərin siyahısını Baş Prokurorluğun rəsmi internet səhifəsindən (www.genprosecutor.gov.az – “İşə qəbul” bölməsi “Vakansiya elanı”) əldə edə bilər.
Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi və yeri barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında və sosial şəbəkələrdəki səhifələrində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az, @prokurorluq) veriləcəkdir.
Sənəd qəbulu ilə bağlı əlavə suallar olduğu halda (012) 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlarla məlumat əldə edə bilərsiniz.



Xəbərlər  Tarix:   23 Avq 2022 / 15:16


« Əvvəlki xəbər (596 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR