İfadə azadlığı (İnternetdə anonimlik)

Avropa Məhkəməsi bu faktı diqqətindən qaçırmır ki, İnternetdə məlumatlar asanlıqla, geniş miqyasda və sürətlə yayılır və bir dəfə İnternetdə açıqlanmış olan məlumat orada uzun müddət qalır ki, bu da ənənəvi media ilə müqayisədə İnternetdəki qanunsuz çıxışların mənfi təsirlərini əhəmiyyətli dərəcədə ağırlaşdıra bilər. O, həmçinin bununla əlaqədar olaraq Avropa Ədalət Məhkəməsinin “Google Spain and Google” məhkəmə işi üzrə (iş Google Spain and Google, № C-131/12, 13.05.2014) qərarına istinad edir, həmin işdə bu məhkəmə, fərqli kontekstdə olsa da, fərdin şəxsi həyatına ciddi müdaxilə təşkil edən məlumatların uzun müddət ərzində İnternetdə qalması problemini araşdırdı və bu qənaətə gəldi ki, şəxsin təməl hüquqları, bir qayda olaraq, axtarış sistemi operatorunun maddi maraqlarından və digər İnternet istifadəçilərinin maraqlarından üstündür.



Xəbərlər  Tarix:   23 Avq 2022 / 15:19


« Əvvəlki xəbər (595 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR