Yay düşərgəsinin 3-cü növbəsi başa çatıb

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində şəhid və qazi övladları, həmçinin müsabiqə (intellektual, yaradıcı, idman, bilik) qalibləri üçün yay düşərgəsinin 3-cü növbəsi başa çatıb.

Düşərgə müddətində gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, insan hüquqları, liderlik keyfiyyətlərinin inkişafı mövzularında təlimlər, “İngilis dilini əylənərək öyrənirik”, rəsm üzrə ustad dərslər, maraqlı və əyləncəli oyunlar, intellektual oyunlar, komanda quruculuğu, şəbəkələşmə, idman oyunları və.s məşğələlər təşkil olunub.

Düşərgədə 22 rayon və şəhərdən 100-dən artıq gənc iştirak edib.



Xəbərlər  Tarix:   24 Avq 2022 / 12:09


« Əvvəlki xəbər (588 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR