Şuşada “Şuşa yaradıcılıq emalatxanası” layihəsi keçiriləcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 26-28 avqust tarixində Mədəniyyət paytaxtımız Şuşa şəhərində yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihəsi həyata keçiriləcək.
Layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşa qalasına, Üzeyir bəyin dağıdılmış evinə, Bülbülün ev muzeyinə, Vaqifin məqbərəsinə, Güllələnmiş abidələrə, Cıdır düzünə səfər edəcəklər.
Layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda həyata keçirilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında dünya və yerli ictimaiyyəti incəsənət əsərləri vasitəsilə daha ətraflı məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihə iştirakçısı olacaq bəstəkar, şair, musiqişünas, misgər, keramika rəssamı, fotoqraf, qiraətçi və bir çox sahəni təmsil edən 30-a yaxın yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.
Belə ki, səfər təəssüratlarından ilhamlanaraq ərsəyə gələcək əsərlər bir müddət sonra Bakıda təşkil olunacaq qala tədbirdə geniş auditoriyaya təqdim olunacaq.



Xəbərlər  Tarix:   24 Avq 2022 / 13:29


« Əvvəlki xəbər (580 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR