Baş nazir Əli Əsədov Çolpon-Ata şəhərində Qırğızıstanın Nazirlər Kabinetinin sədri Akılbek Japarov ilə görüşüb

Qırğız Respublikası Nazirlər Kabineti sədrinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 25-də Çolpon-Ata şəhərində Qırğızıstanlı həmkarı Akılbek Japarov ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu.
İkitərəfli münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin xüsusi önəm daşıdığı bildirildi.
Bu baxımdan cari ilin aprel ayında Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”nin və digər sənədlərin iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldıracağına əminlik ifadə olundu.
Görüşdə, həmçinin Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığının siyasi, ticari-iqtisadi, nəqliyyat-tranzit, kənd təsərrüfatı, humanitar, mədəni və digər sahələrdə daha da inkişaf etdirilməsi perspektivləri geniş müzakirə olundu.



Xəbərlər  Tarix:   26 Avq 2022 / 13:21


« Əvvəlki xəbər (556 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR