Azərbaycan komandası MDB ölkələri arasında keçirilən şahmat turnirində gümüş medal qazanıb

Moskvada MDB ölkələri arasında dünya çempionu Mixail Botvinnikin kuboku uğrunda keçirilən şahmat üzrə komanda yarışında Azərbaycan yığması uğurla çıxış edib.
Dairəvi sistem üzrə keçirilən turnirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan komandaları iştirak ediblər. Hər komandanın tərkibində yaşı 14-dən yuxarı olmayan gənc şahmatçılar - üç oğlan və bir qız mübarizə aparıb.
Yekun nəticəyə görə, 37 xal toplayan komandamız əlavə göstəricilərə görə gümüş medal qazanıb. Onunla eyni xal toplayan Belarus yığması isə üçüncü pillədə qərarlaşıb. Rusiya komandası 45 xalla yarışın qalibi olub.



Xəbərlər  Tarix:   26 Avq 2022 / 14:58


« Əvvəlki xəbər (540 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR