"Snayper həddi" beynəlxalq müsabiqəsi davam edir
İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsi davam edir.
Avqustun 25-də müsabiqənin üçüncü mərhələsi üzrə tapşırıqlar yerinə yetirilib. Mərhələnin ilk çalışmasının tələblərinə uyğun olaraq komanda şəklində fəaliyyət göstərən snayperlərimiz 300-600 metr məsafədə peyda olunan hədəfləri sərrast atəşlə məhv ediblər.
Növbəti çalışma zamanı birinci snayper cütlüyü 150-200 metr aralıqda olan hədəfə atəş açılması, eləcə də silahlarla 300 metrlik məsafənin qaçaraq dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər. Daha sonra ikinci snayper cütlüyü 300-600 metr məsafədə peyda olan xüsusi hədəfləri məhv etməkdə bacarıqlarını nümayiş etdiriblər.
Müsabiqə iştirakçıları qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirir.

Xəbərlər Tarix: 26 Avq 2022 / 16:39
« Əvvəlki xəbər (508 / 7273) Növbəti xəbər »