Səyyar ASAN xidmət ilk dəfə Türkiyədə vətəndaşlarımıza xidmət göstərəcək

2022-ci ilin 30 avqust – 4 sentyabr tarixlərində Türkiyə Respublikasının Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) günləri çərçivəsində Türkiyədə yaşayan Azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstəriləcək.
Ölkə xaricində ilk dəfə gerçəkləşəcək Səyyar ASAN xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “ABB” ASC-nin maliyyə tərəfdaşlığı ilə təşkil olunur.
Xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobus vasitəsi ilə vətəndaşlara göstəriləcək xidmətlər:
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
• Məhkumluq barədə arayışların verilməsi.
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidməti
Tərcümə xidmətləri :
• Yazılı tərcümə;
• Onlayn tərcümə;
• Apostil sənədlərinin qəbulu;
• Tərcümənin daxili möhürlə təsdiqi;
• Eyniləşdirmə;
• Redaktə;
• Riraytinq;
• Kopiraytinq.
30 avqust – 4 sentyabr tarixlərində saat 10:00 - 18:00 aralığında təşkil ediləcək xidmətdən yararlanmaq üçün vətəndaşlarımız mütləq “Teknofest” ərazisinə daxil olmaq hüququ verən qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat üçün link: Ссылка
Eyni zamanda Türkiyədə yaşayan Azərbaycan vətəndaşları Ссылка linkinə daxil olaraq özünə aid məlumatları (şəxsiyyət vəsiqəsi məlumatları, mobil nömrə və elektron poçt ünvanı) və almaq istədikləri xidməti qeyd edərək müraciətlərini öncədən gerçəkləşdirə bilərlər.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.



Xəbərlər  Tarix:   26 Avq 2022 / 15:58


« Əvvəlki xəbər (519 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR