FHN Mətbuat xidmətinin məlumatı

Bu gün Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb. Bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib. Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.



Xəbərlər  Tarix:   29 Avq 2022 / 14:51


« Əvvəlki xəbər (471 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR