Türk Dövlətləri Təşkilatının 1-ci Çoxtərəfli Gənclərin Mübadiləsi Proqramı başa çatıb

Türkiyənin İstanbul və Bursa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 1-ci Çoxtərəfli Gənclərin Mübadiləsi Proqramı başa çatıb.
Proqram çərçivəsində könüllülük fəaliyyətləri və gənclər sahəsində iş ilə bağlı təqdimat və görüşlər, eyni zamanda İstanbul və Bursa şəhərində mədəni, tarixi yerlərə, gənclər mərkəzlərinə ziyarətlər baş tutub. Proqramda Azərbaycanı təmsil edən gənclərdən ibarət nümayəndə heyəti iştirak edib.
Türk dövlətləri arasında yaxşı münasibətlərin inkişaf etdirilməsi və mövcud dostluq əlaqələrinin möhkəmləndirilməsini, gənc liderlərin yetişdirilməsini nəzərdə tutan bu proqramda nümayəndə heyətimiz öz fəaliyyətləri ilə bağlı məlumatlar verib.



Xəbərlər  Tarix:   29 Avq 2022 / 15:07


« Əvvəlki xəbər (468 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR