2022-ci il üzrə ixtisasartırma kursları uğurla yekunlaşıb

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2022-ci il üzrə Təlim Planı”na əsasən, Nazirliyin və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə keçirilən ixtisasartırma kursları 26 avqust 2022-ci il tarixində uğurla yekunlaşıb.
İxtisasartırma kurslarında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin 96 nəfər əməkdaşı iştirak edib.
Üç gün davam edən edən ixtisasartırma kurslarında nəzərdə tutulan bütün istiqamətlər üzrə ölkəmizdə və dünyada aqrar sahədə günümüzdə aktual olan problemlərin innovativ həllinə yönəlik mövzularda təlimlər keçirilib.
Kurslarda təlim iştirakçılarının nəzəri bilikləri ilə yanaşı praktiki vərdişlərinin təkmilləşdirilməsi də diqqətdə saxlanılıb. İxtisasartırma kursunda nəzərdə tutulan dərslər rektor, professor İbrahim Cəfərovun iştirakı ilə ADAU-nun professor-müəllim heyəti tərəfindən keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
İxtisasartırma kursunu bitirən iştirakçılara serfikatlar təqdim edilib.



Xəbərlər  Tarix:   29 Avq 2022 / 15:24


« Əvvəlki xəbər (465 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR