Abşeron Milli Parkı istiqamətində quraşdırılan yeni nişanlar ekoturizmin inkişafına töhfə verəcək

Hava limanı yolunda, Qala və Zirə qəsəbələri ərazisində Abşeron Milli Parkına-Şahdilinə gedən yol istiqamətində 7 yeni məlumatverici- istiqamətverici nişan quraşdırılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, ölkənin cənub-şərq hissəsində yerləşən Şahdilinə gedən istiqamətdə quraşdırılmış lövhələrdə ikonlardan istifadə olunmaqla təbiət ərazisinin xüsusiyyətləri, eləcə də parka qədər olan məsafə əks olunub.
“Müasir tələblərə, dünya standartlarına cavab verən məlumatverici nişanlar səyahətçilərin hərəkət, istiqamət, marşrut müəyyənləşdirmə rahatlığını təmin edir”.
Xidmət rəsmisinin sözlərinə görə, yol istiqamətləndirici belə məlumat nişanları növbəti mərhələlərdə Şirvan və Hirkan milli parklarını, sonra isə digər milli parkları əhatə edəcək. Bu da həm turistlərin rahatlığına, təhlükəsizliyinə, həm də ekoturizmin inkişafına töhfə verəcək.



Xəbərlər  Tarix:   31 Avq 2022 / 12:34


« Əvvəlki xəbər (434 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR