DOST mərkəzlərində xidmətlərin göstərilməsi üzrə orta müddət 7,5 dəqiqəyə enib

DOST mərkəzlərində vətəndaşlara xidmətlərin çevikliyinin təmin edilməsi həmin xidmətlərdən vətəndaş məmnunluğuna nail olunması üçün aparılan işlərin əsas hədəflərindən biridir.
Cari ildə bu istiqamətdə növbəti irəliləyiş qeydə alınıb: DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti 2019-cu ildə 10 dəqiqə 5 saniyə, 2020-ci ildə 9 dəqiqə 40 saniyə, 2021-ci ildə 8 dəqiqə 31 saniyə təşkil olduğu halda, bu il 7 dəqiqə 31 saniyə təşkil edib.
2019-cu ilin may ayından 5 DOST mərkəzi açılıb. Sosial sahələrə aid 154 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim olunduğu bu mərkəzlərdə ötən dövrdə 1 milyon 50 mindən çox vətəndaşa xidmət göstərilib.



Xəbərlər  Tarix:   2 Sen 2022 / 10:55


« Əvvəlki xəbər (418 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR