KOB evlərində sahibkarlara 44 minə yaxın xidmət göstərilib

Bu ilin yanvar-avqust ayları ərzində Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara 43745 xidmət göstərilib. Bu xidmətlərin 16508-i Xaçmaz KOB evi, 27237-si isə Yevlax KOB evi tərəfindən həyata keçirilib.
Göstərilən xidmətlərin 41759-u dövlət-biznes (G2B), 1986-ı isə biznes-biznes (B2B) xidmətləridir.
KOB evlərinə müraciət etmiş sahibkarlar daha çox vergi məsələləri, mənşə sertifikatının verilməsi və kommunal xidmətlərlə bağlı müraciət ediblər.
Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98%-dir.
Qeyd edək ki, hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla 2 KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərindən vahid məkanda yararlanması, bununla da vaxta və əməliyyat xərclərinə qənaət etməsi, göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır.



Xəbərlər  Tarix:   2 Sen 2022 / 13:04


« Əvvəlki xəbər (412 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR