Azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüşü keçirilib

Sentyabrın 10-da Azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüşü keçirilib. Milli Gimnastika Arenasında əvvəlcə müxtəlif çəki dərəcələrində döyüşlər olub.
Vida döyüşü gecəsinin son qarşılaşmasında Zabit Səmədov kikboksçu braziliyalı sabiq UFC idmançısı Antonio Silva ilə üz-üzə gəlib. İlk raundda rəqibini nokauta salan idmançımız peşəkar karyerasını qələbə ilə başa vurub.
Qeyd edək ki, 38 yaşlı Z.Səmədov karyerası ərzində keçirdiyi 113 döyüşdən 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.



Xəbərlər  Tarix:   12 Sen 2022 / 15:09


« Əvvəlki xəbər (379 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR