Yunan-Roma güləşçimiz Eldəniz Əzizli ikiqat dünya çempionu olub
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) ikiqat dünya çempionu olub.
Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının finalında güləşçimiz gürcüstanlı Nuqzari Tsurtsumiya ilə qarşılaşıb. Görüş təmsilçimizin 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Biraz sonra daha bir güləşçimiz final görüşünə çıxacaq. Belə ki, Ülvi Qənizadə (72 kq) qızıl medal uğrunda görüşdə serbiyalı Ari Arsalan ilə qarşılaşacaq.

Xəbərlər Tarix: 12 Sen 2022 / 16:11
« Əvvəlki xəbər (358 / 7273) Növbəti xəbər »