Sərbəst və klassik stildə kəmər güləşi üzrə dünya çempionatında komandamız 5 bürünc medal qazanıb

Özbəkistanın Nəmənqan şəhərində sərbəst və klassik stildə kəmər güləşi üzrə dünya çempionatı keçirilib.
Çempionatda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının tərkibində olan kəmər güləşi təmsilçiləri iştirak ediblər.
Güləşçimiz Camal Feyziyev (+100 kq) həm klassik, həm də sərbəst stildə bürünc medallar qazanıb. Bundan başqa, klassik stildə Gözəl Zutova (76 kq), sərbəst stildə isə Ariz Hüseynov (62 kq) və Səbinə Həmzalova (52 kq) da bürünc mükafata layiq görülüblər. Ümumilikdə, komandamız yarışı 5 bürünc medalla başa vurub.



Xəbərlər  Tarix:   13 Sen 2022 / 10:10


« Əvvəlki xəbər (371 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR