Pambıq sahələrində zərərli orqanizmilərə qarşı mübarizə tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirilib

Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsidir. Belə ki, Respublikamızda pambığın əsas zərərvericilərindən olan pambıq sovkası, mənənə, tor və fır gənəsi və digərləridir. Cari ildə bugünədək pambıq sovkasına qarşı 77942 hektar sahədə müşahidə, 64482 hektar sahədə sirayətlənmə, 5154 hektar sahədə bioloji, 58033 hektar sahədə kimyəvi mübarizə aparılmış, həmçinin digər zərərvericilərə qarşı 45543 hektar sahədə müşahidə, 39870 hektar sahədə sirayətlənmə, 38139 hektar sahədə kimyəvi mübarizə aparılıb. Bioloji mübarizə zamanı pambıq sovkasının təbii düşməni olan trixoqrammadan istifadə edilib.
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən pambıq sahələrində zərərli orqanizmilərə qarşı mübarizə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi məqsədilə fermerlərə mütəmadi olaraq təlimlər keçirilib və maarifləndirici materiallar paylanılıb.
Bildiririk ki, pambığın əsas zərərvericisi olan pambıq sovkası torpağın 4-10 sm dərinliyində pup fazasında qışlayır. Aprelin axırları, may ayının əvvəllərində puplardan kəpənəklər uçmağa başlayır. Oktyabrın axırlarına qədər uçan kəpənəklərə təsadüf edilir. Bir dişi kəpənək 15-18 gün ərzində 500-3000-ə qədər yumurta qoya bilir. Pambıqda 3 nəsil verir. Pambıq sovkasının tırtılı, əsasən qönçə, çiçək, qoza başlanğıcı və qozalara zərər vuraraq, məhsulun əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Daxildən yeyilmiş qönçələr tökülür. Zədələnmiş çiçəklərin əksər hissəsi qoza vermir, qozaların bir hissəsi tökülür, bəziləri böyümədən qalır, bəzilərində isə qozanın yalnız zədələnməmiş qanadları açılır, qozalarda lifin keyfiyyəti pisləşir. Pambıq sovkası pambıqdan başqa, 100-dən çox yabanı və mədəni bitki növü ilə qidalanır.



Xəbərlər  Tarix:   13 Sen 2022 / 10:30


« Əvvəlki xəbər (369 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR