Müdafiə sənayesi işçilərinin Azərbaycanın mədəniyyət beşiyi Şuşaya səfərləri təşkil edilib

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılğı və Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xətti ilə sentyabrın 10-da bir qrup müdafiə sənayesi işçilərinin Azərbaycanın mədəniyyət beşiyi Şuşaya səfərləri təşkil edilib.Onlar səfər etdikləri ərazilərdə işğalın ağır nəticələri, dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olublar. Eyni zamanda səfər iştirakçıları yol boyunca işğaldan azad olunmuş ərazilərdə, eləcə də Qarabağın incisi Şuşada aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini izləyiblər.Şuşa qalası, Vaqifin məqbərəsi, Cıdır düzü, Bülbülün ev-muzeyi, Üzeyir bəy Hacıbəylinin, Natəvanın və Bülbülün güllələnmiş heykəlləri və digər tarixi yerlər səfər iştirakçıları tərəfindən ziyarət edilib.Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən belə səfərlər yaxın günlərdə də təşkil ediləcəkdir.



Xəbərlər  Tarix:   13 Sen 2022 / 12:38


« Əvvəlki xəbər (360 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR