Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri akvatoriyasında, Lənkəran, Neftçala və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Lənkəran şəhər sakini Azər Hüseynov, Neftçala rayon sakinləri Bəxtiyar Mirzəməmmədov, Şükür Soltanov, Bakı şəhər sakini Qasım Əliyev və Qax rayon sakini Qulu Məmmədov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Eyni zamanda Sarısu Ovçuluq Təsərrüfatının ərazisində İmişli rayon sakini Nəcəf Nəzərov, Mingəçevir su anbarının yaxınlığında isə Samux rayon sakini Orxan Əlizadə və Ağstafa rayon sakinləri Eltun Şükürov, Şahin Məmmədov ov qaydalarını pozduqlarına görə saxlanılıb”.



Xəbərlər  Tarix:   14 Sen 2022 / 10:40


« Əvvəlki xəbər (351 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR