DOST mərkəzlərində 8 ayda 419 mindən çox şəxsə xidmət göstərilib

Ümumilikdə ötən dövrdə DOST xidmətlərindən 1 milyon 100 minə yaxın vətəndaş yararlanıb
Bu ilin yanvar-avqust aylarında DOST mərkəzləri tərəfindən 419 181 vətəndaşa xidmət göstərilib. Göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,8 faiz təşkil edib.
Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 5 DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir.
Artıq Bakı şəhəri və Abşeron rayonu DOST mərkəzləri şəbəkəsi ilə əhatə olunub. Ötən dövrdə bu mərkəzlərdə 1 milyon 100 minə yaxın vətəndaşa xidmət göstərilib.
Hazırda paytaxtda daha bir belə mərkəzin və respublikanın regionlarında DOST mərkəzlərinin açılması üçün işlər aparılır.
Həmçinin işğaldan azad edilmiş bölgələrimizin DOST xidmətləri ilə əhatə olunması nəzərdə tutulub. Bu istiqamətdə ilk addım kimi 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk “Smart DOST” xidmət məntəqəsi istifadəyə verilib.
DOST mərkəzlərində vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti 2019-cu ildəki 10 dəqiqə 5 saniyədən mütəmadi azalmaqla bu il 7 dəqiqə 31 saniyəyə enib.
Bu il DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyası və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının 4 mükafatı ilə təltif edilib.
“Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilən Agentlik dünyada məşhur LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatının 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.



Xəbərlər  Tarix:   16 Sen 2022 / 10:32


« Əvvəlki xəbər (327 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR