Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

Abşeron rayonu, Xırdalan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Fərid Piriyev bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə "Kristal AA İnşaat" MTK tərəfindən qazıntı işlərinin aparıldığı və 2 ağacın zədələnərək quruduğu müəyyən edilib.
“Faktla bağlı MTK barəsində hüquqi şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Abşeron Rayon Məhkəməsinə göndərilib.
Xidmət rəsmisinin sözlərinə görə, tikinti ətrafındakı ağacların qorunub mühafizə olunması və onlara aqrotexniki qulluq göstərilməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə müraciət olunub.



Xəbərlər  Tarix:   22 Sen 2022 / 13:23


« Əvvəlki xəbər (294 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR