Bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi daim diqqət mərkəzindədir

Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə göstərilən metodoloji yardım və bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri davam etdirilir.
Nazirliyin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə müəssisələrinin mənfəət vergisinin anlayışı, hesablanması qaydası, inzibati aktın qəbul edilməsi ilə bağlı məlumat vermə, inzibati aktın hüquqi qüvvəsi, maliyyə hesabatlarının tərtib olunması, eyni zamanda dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı mövzulara dair bələdiyyə üzv və qulluqçuları üçün onlayn formatda seminarlar keçirilib.
Tədbirlərdə bölgə iqtisadiyyatının dinamik yüksəlişinə təkan verən bələdiyyə sahibkarlığının inkişafı üçün bələdiyyə müəssisələrinin yaradılmasının vacibliyi, yerli büdcənin formalaşmasında mənfəət vergisinin rolu və onun hesablanması, eləcə də yerli büdcəyə ödənilməsi zamanı yol verilən nöqsanların bələdiyyə müəssisələrinə yaratdığı maneçilik barədə, inzibati icraatın iştirakçısı kimi bələdiyyə orqanlarının fəaliyyətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl olunmasının əhəmiyyəti, həmçinin bələdiyyələrdə mühasibat uçotunun təşkili, aparılması və maliyyə hesabatlarının hazırlanması qaydaları, bələdiyyə əmlakının yaranması əsaslarından biri olan dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsi qaydası və müddətləri barədə əhatəli məruzələr dinlənilib.
Müzakirə olunan mövzular, həmçinin bələdiyyələrin gündəlik fəaliyyətlərində rastlaşdıqları məsələlər barədə iştirakçıların sualları ətraflı cavablandırılıb.



Xəbərlər  Tarix:   24 Sen 2022 / 11:44


« Əvvəlki xəbər (278 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR