İşğaldan azad olunmuş ərazilərdə tikililərin kateqoriyalar üzrə bölgüsü təsdiq edilib

Nazirlər Kabinetinin 370 №-li Qərarına dair izah
Ссылка

Nazirlər Kabinetinin 370 №-li Qərarı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1422 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərar işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü müəyyən edir.
Qərarın qəbul edilməsi işğaldan azad olunmuş ərazilərdə yerləşən tikililər haqqında məlumatların sistemləşdirilərək, təhlil olunması və bununla da daşınmaz mədəni irs nümunələrinin qorunmasına xidmət edəcəkdir.
Reyestr elektron qaydada, xüsusi olaraq yaradılmış informasiya resursu vasitəsilə aparılır.



Xəbərlər  Tarix:   26 Sen 2022 / 10:54


« Əvvəlki xəbər (277 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR