Diaspor fəalları Varşavada səfərdə olan azərbaycanlı idmançılarla görüşüb

Polşada yaşayan diaspor fəalları bu ölkədə səfərdə olan Azərbaycan Kyokuşin Karate Federasiyasının nümayəndə heyəti ilə görüşüb.

Polşa Azərbaycanlıları Şurasının (PAŞ) sədri, Varşava Azərbaycan Evinin rəhbəri Fərid Cəfərli bildirib ki, soydaşlarımız nümayəndə heyətini hava limanında qarşılayıblar. Səmimi görüş zamanı Azərbaycan icmasının idmançılarımıza güclü azarkeş dəstəyi göstərəcəyi nəzərə çatdırılıb və onlara uğurlar arzulanıb.

“İdmançılarımızın ruh yüksəkliyi və fiziki hazırlığı tam qaydasındadır. Çempionatda yüksək nəticələr əldə edəcəyimizə və idmançılarımızın vətənə qələbə ilə dönəcəyinə inanırıq”, - deyə PAŞ sədri əlavə edib.

Qeyd edək ki, Polşada 24-25 sentyabr 2022-ci il tarixində keçirilən Şinkyokuşin çəkilər üzrə 7-ci dünya çempionatında ölkəmizi Səlahət Həsənov (85 kq), Solmaz Zeynallı (60 kq) isə təmsil edirlər.

Azərbaycan Kyokuşin Karate Federasiyanın prezidenti, əməkdar məşqçi Allahverdi Rüstəmov çempionatda hakim qismində iştirak edir.

Xatırladaq ki, Azərbaycan Kyokuşin Karate Federasiyası 1999-cu ildə rəsmi qeydiyyatdan keçib. Hazırda Bakıda və Azərbaycanın əksər şəhər və rayonlarında 2500-3000-ə yaxın idmançı karatenin bu növü ilə məşğul olur. Federasiya Avropa Kyokuşin Karate Təşkilatı, Beynəlxalq Kyokuşin Karate Təşkilatı və Beynəlxalq Şinkyokuşin Karate Təşkilatı ilə sıx əməkdaşlıq edir.



Xəbərlər  Tarix:   26 Sen 2022 / 13:48


« Əvvəlki xəbər (272 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR