#HÜQUQİBİLİKLƏRİNİARTIR - Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair qərarı

Konstitusiya Məhkəməsinin Plenumu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair qərar qəbul edib.
Qərara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cü və 454-cü maddələrinin tələbləri baxımından cinayət işinin başlanmasının rədd olunması barədə qərarın qanuniliyi və əsaslılığına dair hakimin qərarının apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılması eyni hallar üzrə təkrarən məhkəmə nəzarətinin həyata keçirilməsini istisna edir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.



Xəbərlər  Tarix:   26 Sen 2022 / 15:47


« Əvvəlki xəbər (269 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR