Anım Günü ilə əlaqədar ağacəkmə tədbiri keçirilib
Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Anım Günü ilə əlaqədar Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, ANAMA əməkdaşlarının, şəhid ailələrinin, müharibə iştirakçılarının, hərbçilərin iştirakı ilə keçirilən tədbirdə 1000-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.
Şəhidlərimizin əziz xatirəsi bölgələrimizdə də ağacəkmə tədbirləri ilə anılıb və hər bölgənin iqlim şəraitinə uyğun ETSN-in tinglik sahələrində yetişdirilən tinglər əkilib.

Xəbərlər Tarix: 28 Sen 2022 / 11:18
« Əvvəlki xəbər (241 / 7273) Növbəti xəbər »