Nazir müavini Vüsal Nəsirli şəhid Sadiq Əzizlinin ailəsini ziyarət edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Sadiq Əzizlinin ailəsini ziyarət edib.
Nazir müavini ailənin sosial vəziyyəti ilə maraqlanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirləri mütəmadi həyata keçirilir. Bu kateqoriyadan olan şəxslər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
Həmçinin şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.



Xəbərlər  Tarix:   28 Sen 2022 / 10:33


« Əvvəlki xəbər (258 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR