Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Anım Gününü qeyd edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi 27 sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar şəhidlərimizin xatirəsini dərin ehtiramla anıb.

Nazirliyin inzibati binasında şəhidlərin xatirəsinə həsr edilmiş guşənin qarşısına əklil qoyulub. Ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Sonra nazirliyin kollektivi II Fəxri xiyabanı ziyarət edib. Şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.

Xatırladaq ki, 2020-ci ilin 27 sentyabrında Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədilə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan ordusu Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın işğal etdiyi əraziləri azad etməyə başladı. 44 gün davam edən və “Vətən müharibəsi” olaraq adlandırılan bu savaş Azərbaycan Silahlı Qüvvələrinin gücünü həm düşmənə, həm də bütün dünyaya göstərdi. Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan ordusunu məhv edərək ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. 44 günlük savaşda 2907 Azərbaycan hərbçisi şəhid olub, 1000-dən çox əsgər yaralanıb, 7 nəfər itkin düşüb.



Xəbərlər  Tarix:   28 Sen 2022 / 15:12


« Əvvəlki xəbər (252 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR