Səhiyyə Nazirliyində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Xəbərlər və yeniliklər
Səhiyyə Nazirliyində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Vətən müharibəsinin başlanmasından iki il ötür
Sentyabrın 27-də saat 12:00-da Səhiyyə Nazirliyinin rəhbərliyi və kollegiya üzvləri Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirdi ki, Azərbaycanın qəhrəman övladları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. T.Musayev 30 illik həsrətə şəhidlərimizin qanı, eyni zamanda əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi böyük fədakarlığı hesabına son qoyulduğunu vurğuladı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərimizə şəfa versin!



Xəbərlər  Tarix:   28 Sen 2022 / 15:34


« Əvvəlki xəbər (250 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR