Azərbaycanın energetika naziri Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək 27-09-2022 16:16

Energetika naziri Pərviz Şahbazov sentyabrın 28-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək.
Tədbirdə təşkilat çərcivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq.
İclasda nazir Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.



Xəbərlər  Tarix:   28 Sen 2022 / 15:49


« Əvvəlki xəbər (248 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR