1952 nəfər işlə təmin olunub

2021-ci ilin fevral ayından 2022-ci ilin 16 sentyabr tarixinə kimi 1952 nəfər şəhid və hərbçi ailə üzvü, qazi, müharibə iştirakçısı Elm və Təhsil Nazirliyinə tabe müəssisələrdə işlə təmin olunub. Onlardan 665 nəfəri cari ildə işə qəbul edilib.

Həmçinin, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişmə müsabiqələri yekunlaşdıqdan sonra Elm və Təhsil Nazirliyinə hərbçi və şəhid ailə üzvləri, Vətən müharibəsi iştirakçıları tərəfindən yerdəyişmə və işə qəbula bağlı çoxsaylı müraciətlər daxil olub. Həmin müraciətlər təhlil edildikdən sonra 115 nəfərin müraciəti müsbət həll olunub.



Xəbərlər  Tarix:   3 Okt 2022 / 14:49


« Əvvəlki xəbər (207 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR