Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu yerli startaplara layihələrini investorlara təqdim etmək imkanı yaradır

17-18 noyabr tarixlərində Bakıda İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçiriləcək.
Forumun məqsədi yerli və beynəlxalq təşkilatların, dövlət qurumlarının nümayəndələrinin, iş adamlarının, investorların, ekspert və startapların iştirakı ilə Avrasiyada, İslam Əməkdaşlıq Təşkilatına (OIC) üzv ölkələrdə gənc sahibkarlara dəstək sahəsində yeni baxışın inkişaf etdirilməsi və startap ekosisteminin gücləndirilməsi yollarının müzakirə edilməsidir. Forum çərçivəsində müxtəlif ölkələrdən olan startapların sərgisi təşkil olunacaq, yerli və xarici startaplara öz layihələrini investorlara təqdim etmək fürsəti yaradılacaq.
Sərgidə iştirak etmək Azərbaycan startapları oktyabrın 20-dək müraciət edə bilərlər: Ссылка
Sərgidə iştirak etmək istəyən yerli startaplar 18-35 yaş aralığında olmalı, ingilis dilində ünsiyyət qurmaq bacarığına malik olmalıdır.
Startap layihələri qida və aqrar texnologiyalar, “yaşıl” sənaye, fintek, oyunlar və aplikasiyalar, ətraf mühit və bərpa olunan enerji, “ağıllı” texnologiyalar, aviasiya və kosmik texnologiya, logistika və “ağıllı şəhər”, robototexnika sahələrini əhatə etməlidir.
Qeyd edək ki, yalnız startap layihəsi təşkilat komitəsi tərəfindən seçilən startaplarla əlaqə saxlanılacaqdır.



Xəbərlər  Tarix:   6 Okt 2022 / 11:11


« Əvvəlki xəbər (190 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR