Diasporumuz “Qarabağ” futbol klubuna azarkeş dəstəyi göstərib

Yunanıstanın Afina və Saloniki şəhərlərində yaşayan Azərbaycan icması Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda yunanların “Olimpiakos” komandası ilə qarşılaşan “Qarabağ” futbol klubuna azarkeş dəstəyi göstərib.
Bu məqsədlə “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşkilatçılığı ilə bir qrup soydaşımız Saloniki şəhərindən Afinaya gedib. Oyunun başlanğıcında Azərbaycan bayraqlarını dalğalandıran soydaşlarımız “Qarabağ Azərbaycandır!”, “Azərbaycan!” şüarlarını səsləndirməklə qürbət ölkədə futbolçularımızın yanında olduqlarını nümayiş etdiriblər. Lakin “Qarabağ”ın möhtəşəm oyun nümayiş etdirməsi, icmamızın komandamızı dəstəkləməsi yunan azarkeşlərini qıcıqlandırıb. Gərginliyin davaya çevrilməsinin qarşısının alınması məqsədilə polis qüvvələri Azərbaycan bayraqlarının yığışdırılmasını xahiş edib. Bu xahişə əməl edən soydaşlarımız sonadək “Qarabağ Azərbaycandır!” və “Azərbaycan” şüarlarını səsləndirməkdə davam ediblər.
“Qarabağ”ın 3:0 hesabı ilə möhtəşəm qələbə qazanması soydaşlarımızın böyük çosğusuna və sevincinə səbəb olub.
Xatırladaq ki, “Qarabağ” Avroliqadakı növbəti matçını 13 oktyabr tarixində Bakıda "Olimpiakos"a qarşı keçirəcək.



Xəbərlər  Tarix:   10 Okt 2022 / 11:46


« Əvvəlki xəbər (180 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR