Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medala layiq görülüb

Albaniyanın Dürres şəhərində ağır atletika üzrə Avropa birinciliyinə start verilib.
Yaşı 20 və 23-ə qədər olan gənclər arasında keçirilən yarışda Azərbaycan idmançısı Tehran Məmmədov 3 medal qazanıb. O, birdən qaldırmada 120 kq-ı ram edərək, bu hərəkətdə gümüş medala sahib çıxıb. Təkanla qaldırmada 141 kq-ı başı üzərinə qaldıran Məmmədov bu hərəkətdə 3-cü yeri tutub.
Toplam 261 kq (120+141) nəticə göstərərək yekun sıralamada gümüş medala layiq görülüb.



Xəbərlər  Tarix:   18 Okt 2022 / 10:37


« Əvvəlki xəbər (174 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR