Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə monitorinq çərçivəsində növbəti görüş olub



DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib.
Tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, qeyri-hökumət təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən son illərdə görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bu sahəyə diqqətin prioritet istiqamətlərdən biri olduğunu qeyd edən F.Məmmədov gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə danışıb.
DOST Agentliyinin əməkdaşı Zəhra Həsənova "Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin aparılmasının məqsəd və vəzifələri, görülən işlər" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Monitorinq Komissiyasının məqsədi, əsas istiqamətləri, əhatə etdiyi sahələr, hədəf qrupları və s. mövzularla bağlı məlumat verilib.
Görüşdə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində “Görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasında çətinliklər” mövzusunda müzakirələr aparılıb.
Tədbirdə qonaqlar tərəfindən səsləndirilən rəy və təkliflərin komissiya tərəfindən nəzərə alınacağı qeyd edilib.



Xəbərlər  Tarix:   21 Okt 2022 / 11:05


« Əvvəlki xəbər (153 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR