Ağır atletimiz Avropa birinciliyində iki gümüş medala sahib olub

Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Ömər Cavadov və Murad Əliyev yaşı 20-yə qədər olan idmançılar arasında 67 kiloqram çəki dərəcəsində yarışıblar. Murad Əliyev birdən qaldırma hərəkətində (133 kq) beşinci yeri tutub, təkanla qaldırma hərəkətində (156 kq) isə yeddinci pillədə qərarlaşıb. Toplam 289 kiloqram (133+156) nəticə göstərən atletimiz yekun sıralamada altıncı yeri tutub.
Ömər Cavadov isə birdən qaldırma hərəkətində 140 kiloqramı ram edərək bu hərəkətdə gümüş medal qazanıb. O, təkanla qaldırma hərəkətində (165 kq) dördüncü pillədə qərarlaşıb. Toplam 305 kiloqram (140+165) nəticə göstərən atletimiz yekun sıralamada ikinci yeri tutaraq gümüş medal qazanıb.
Yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edir.



Xəbərlər  Tarix:   21 Okt 2022 / 13:35


« Əvvəlki xəbər (151 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR