Qadın boksçularımız Avropa çempionatını 2 medalla başa vurublar

Monteneqronun Budva şəhərində qadın bokçular arasında keçirilən Avropa çempionatına yekun vurulub.
Azərbaycan millisi 30 ölkədən 154 boksçunun qatıldığı yarışı bir gümüş və bir bürünc medalla başa vurub.
Azərbaycan komandasının heyətində Aynur Rzayeva (+81 kq) ikinci yeri tutub. Yığmamızın üzvü finalda ukraynalı Mariya Lovçinska ilə döyüşüb və rəqib qələbə qazandığından təmsilçimiz gümüş medalla kifayətlənib.
Daha əvvəl isə Anaxanım İsmayılova (50 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, komanda Bakıya bu gün axşam saatlarında qayıdacaq.



Xəbərlər  Tarix:   24 Okt 2022 / 13:28


« Əvvəlki xəbər (146 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR