Xanəndə Süleyman Abdullayev vəfat edib

Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan xanəndə şəkər xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Süleyman Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi ilə tanınıb.
Həm istedadlı sənətkar, həm də böyük bir elin ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən “Dədə Süleyman” deyə çağırılıb.
Süleyman Abdullayev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2012-ci il sentyabrın 14-də Əməkdar artist fəxri adına layiq görülüb.



Xəbərlər  Tarix:   24 Okt 2022 / 14:34


« Əvvəlki xəbər (142 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR