Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xətai rayonu, Sarayevo küçəsi, 22 saylı binanın arxasındakı ağacların kəsilməsi faktı aşkar edilib.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ağacların avtodayanacaq salınması məqsədilə "Turan 97" Məhdud Məsuliyyətli Müəssisə tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 8580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
“Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.
Xidmət rəsmisinin sözlərinə görə, sözügedən ərazidə kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib.



Xəbərlər  Tarix:   25 Okt 2022 / 09:30


« Əvvəlki xəbər (138 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR