Azərbaycan idmançıları qol güləşi üzrə dünya çempionatında 10 medala sahib olublar

Oktyabrın 15-dən 22-dək Türkiyənin Antalya şəhərində​ qol güləşi üzrə 43-cü dünya çempionatı keçirilib. Çempionatda 54 ölkədən 1000-dən çox idmançı gücünü sınayıb. Azərbaycan idmançıları yarışda 1 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 10​ medal qazanıblar.
Tərxan Müzəffərov (sağ qol, +90 kq) qızıl, İsmayıl Mustafayev (sol qol, 60 kq), Səid Mustafazadə (sol qol, 65 kq), İbrahim Cəlilov (sağ qol, 45 kq), Rəşad Quluzadə (sağ qol, 70 kq), Vilayət Namazzadə (sağ qol, 60 kq), İsmayıl Mustafayev (həm böyüklər, həm də gənclər kateqoriyasıns, sol qol, 60 kq) gümüş, Rüfət Mustafayev (sol qol, 50 kq), Rəşad Quluzadə (sol qol, 70 kq), Tərxan Müzəffərov (sol qol; +90 kq) bürünc medal qazanıblar.



Xəbərlər  Tarix:   25 Okt 2022 / 11:43


« Əvvəlki xəbər (129 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR