Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 16 mlrd. 925 mln. manatdan çox olub

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 75 mindən çox yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16 milyard 925 milyon 117.8 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52.8% çoxdur.



Xəbərlər  Tarix:   25 Okt 2022 / 11:52


« Əvvəlki xəbər (126 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR