Azexport portalı “Şərq Tərəfdaşlığının Rəqəmsal Konfransı”nda təmsil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov “Şərq Tərəfdaşlığının Rəqəmsal Konfransı”na qatılıb. Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin rəqəmsallaşma siyasəti və gələcək prioritetlər əsas müzakirə mövzusu olub. Konfransda Şərq Tərəfdaşlığı üzrə ən son yeniliklərlə yanaşı, çağırışlar və onların həllində rəqəmsallaşmanın rolu müzakirə olunub. Onlayn olaraq keçirilən tədbirdə Avropa İttifaqı (Aİ) ölkələri ilə yanaşı Azərbaycan, Moldova, Gürcüstan və Ukrayna rəsmiləri də iştirak edib.
Qeyd edək ki, “Azexport.az” internet portalı Avropa İttifaqı (Aİ) və Şərq Tərəfdaşlığı (ŞT) ölkələri arasında yaradılan vahid rəqəmsal ticarət bazarı platformasının rəsmi operatoru statusunu daşıyır. Layihə çərçivəsində yaradılan rəqəmsal platformanın başlıca məqsədi Aİ və ŞT ölkələri arasında vahid rəqəmsal ticarət bazarının yaradılması, rəqəmsal iqtisadiyyatın tətbiq sahələrinin genişləndirilməsi, rəqəmsal sahədə məşğulluq səviyyəsinin və iqtisadi artımın dəstəklənməsi kimi istiqamətlər hədəf götürülüb.



Xəbərlər  Tarix:   26 Okt 2022 / 12:25


« Əvvəlki xəbər (118 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR