Ramil Hüseyn Qazaxıstanda “Türk Dünyası 2040 Vizyonu” konfransına qatılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn Qazaxıstanın Türküstan şəhərində “Türk Dünyası 2040 Vizyonu” mövzusunda keçirilən konfransa qatılıb. Beynəlxalq tədbir Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının dəstəyi ilə Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti tərəfindən təşkil olunub. Konfransda Ramil Hüseyn Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə iqtisadi əlaqələri mövzusunda çıxış edib, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən rüblük olaraq nəşr edilən “Türk iqtisadi icmalı” barədə tədbir iştirakıçılarına ətraflı məlumat verib.
Eyni zamanda, “Türküstan TV”-nin Azərbaycanla Qazaxıstanın iqtisadi əlaqələrinin inkişafı imkanları ilə bağlı suallarını cavablandırıb, Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetində təhsil alan azərbaycanlı və türk tələbələrlə görüşüb və Azərbaycanın iqtisadi inkişafı ilə bağlı onları maraqlandıran məsələləri izah edib.
Qeyd edək ki, “Türk Dünyası 2040 Vizyonu” mövzusunda keçirilən konfransa Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən bir çox alimlər qatılıblar. Tarix, beynəlxalq münasibətlər, enerji, iqtisadiyyat, hüquq, sağlamlıq, dil, turizm və ədəbiyyat olmaqla 9 sessiya üzrə işini davam etdirən konfransda müzakirə edilən məsələlərin “Türk Dünyası 2040 Vizyonu” reallaşmasına töhfə verəcəyi gözlənilir.



Xəbərlər  Tarix:   26 Okt 2022 / 12:28


« Əvvəlki xəbər (117 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR