Qaxbaş kəndinin mərkəzi küçəsinin əsaslı şəkildə yenidən qurulması davam edir



Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaxbaş kəndinin mərkəzi yolu olan İmam Mustafayev küçəsinin əsaslı yenidən qurulması davam edir.
İmam Mustafayev küçəsi Qaxbaş kəndinin əsas yolarından biri olmaqla uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu. Əsasən çınqıl örtüklü və torpaq əsaslı olan yolda xüsusən payız-qış aylarında avtonəqəliyyat vasitələrinin və vətəndaşların hərəkətində çətinliklər yaşanırdı.
Dövlət başçısının Sərəncamına uyğun olaraq aparılan yenidənqurma işləri ilə bu problem aradan qaldırılır.
1.1 km uzunluğa malik İmam Mustafayev küçəsinin hərəkət hissəsinin eni 7 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol yatağı və yol əsasının tikintisi işləri aparılıb.
Layihə üzrə ardıcıllığa uyğun olaraq, hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Vətəndaşların küçəboyu rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 3600 kv.m yeni piyada səkilərinin inşası, kənarlarına 2200 p/m səki daşının düzülməsi işləri və ümumi uzunluğu 960 metr olan dəmir-beton su arxının tikintisi də artıq yekunlaşıb.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur. İşlərin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Tikinti layihəsinin sonuncu mərhələsində yol birləşmələrinin təmiri, zəruri yol nişanlarının quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin və piyada zolaqlarının çəkilişi aparılmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.



Xəbərlər  Tarix:   26 Okt 2022 / 14:15


« Əvvəlki xəbər (113 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR