Lerik və Lənkəranda şəhid ailələri ziyarət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Lerik rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Heydərov Amid Rəbbil oğlunun və Lənkəran rayonunda Vətən müharibəsi şəhidi mayor İbadov Aqşin Nazim oğlunun ailələrini ziyarət ediblər.
Görüşlərdə şəhidlərimizin xatirəsi yad edilib, onların şərəfli döyüş yolundan bəhs olunub. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər, postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək tədbirləri qeyd olunub.
Şəhidlərimiz Amid Heydərovun və Aqşin İbadovun ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində də müvafiq işlər aparılıb.
Hər iki şəhidin ailə üzvləri sosial dəstəklə əhatə olunduqlarını bildirib, göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.



Xəbərlər  Tarix:   26 Okt 2022 / 15:04


« Əvvəlki xəbər (111 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR