Yapon jurnalisti Azərbaycanın Avropa ölkələri üçün etibarlı tərəfdaş olmasından bəhs edib

Yaponiyanın “Cross Border Club 3.0” “Youtube kanalında” “Azərbaycan yönünü Qarabağa çevirir” mövzusunda xüsusi veriliş yayımlanıb.

Yaponiyanın tanınmış jurnalisti Kazuyasu İşida diqqəti beynəlxalq aləmdə baş verən son proseslər fonunda bütün dünyada enerji mənbələrinə tələbatın kəskin artmasına, ölkəmizin Avropanın enerji təminatındakı roluna və Ermənistanın məkrli niyyətinə yönəldib. Yaponiya üçün dost ölkə olan Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarını Ermənistanın 30 ilə yaxın işğalından qurtardığı, yaponların heç bir viza ödənişi etmədən Azərbaycana səfər etməsinin mümkünlüyü barədə ətraflı məlumat verib.

Müəllif Azərbaycana dəfələrlə etdiyi səfərlər, Yaponiyada yaşayan azərbaycanlılarla dostluq münasibətləri nəticəsində Qarabağ həqiqətlərinə yaxından bələd olduğunu, yaponlara regionda baş verən proseslər barədə obyektiv məlumatlar verməyə çalışdığını vurğulayıb. Bildirib ki, bu ilin fevralında Azərbaycana, xüsusən də Qarabağ bölgəsinə səfər edərkən digər həmkarları ilə birlikdə orada baş verənləri öz gözləri ilə görüb. Hazırda Ukraynada baş verən hadisələrin ötən əsrin 90-cı illərində ilk olaraq Qarabağda həyata keçirilyini, ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən qətliamda Rusiya hərbçilərinin də iştirak etdiyi barədə məlumat əldə etdiyini xatırladıb. Qeyd edib ki, bu gün Ukraynada dinc əhaliyə qarşı həyata keçirilən qırğınlar 1992-ci ilin fevralında Xocalıda baş verənlərin təkrarıdır.

Nəzərə çatdırıb ki, iki il öncə və sonra imzalanan üçtərəfli bəyanatlara, digər sənədlərə baxmayaraq, Ermənistan atəşkəs rejimini pozmaqda davam edir. Qarşıdurmanın davam etməsinin Avropa üçün də ciddi problemlər yarada biləcəyini, Qarabağda sülhün bərqərar olmasının Avropanın enerji təhlükəsizliyi üçün zəruri olduğunu deyib.

Zəngin enerji ehtiyatlarına malik olan Azərbaycanı Avropaın etibarlı tərəfdaşı kimi səciyyələndirən aparıcı digər ölkələrdən fərqli olaraq, rəsmi Bakının üzərinə götürdüyü öhdəliklərə əməl etdiyini, uğurlu xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin səyləri nəticəsində Mərkəzi Asiyada yerləşən Qazaxıstan və Türkmənistan kimi dövlətlərin də öz zəngin enerji ehtiyatlarını Azərbaycan üzərindən Avropaya nəql etmək barədə qərar qəbul etdiyini xatırladıb.

Aparıcı xüsusilə qeyd edib ki, məhz bu siyasət bir sıra ölkələr, xüsusən də Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlamış Ermənistan tərəfindən böyük qısqanclıqla qarşılanır, belə mühüm beynəlxalq layihələrin qarşısını almağa çalışan Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədərək qarşıdurma yaratmağa və üçüncü ölkələri münaqişəyə cəlb etməyə çalışır.

Jurnalist hesab edir ki, Avropa ölkələri mühüm kəmərlərin keçdiyi əraziləri qorumaq üçün Qarabağ məsələsinin birdəfəlik həllinə köməklik göstərməli, erməni silahlılarının regionda fəaliyyətinə son qoyulmasına, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinə nail olmalıdır.



Xəbərlər  Tarix:   29 Okt 2022 / 12:12


« Əvvəlki xəbər (96 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR