RƏSMİLƏŞDİRMƏ PROSESİNDƏ UYĞUNSUZLUQLAR AŞKAR EDİLDİ

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı sahibkar Fərzəliyev Sabir Təvəl oğlu tərəfindən idxal edilən mallar barədə gömrük orqanına səhv məlumatlar verildiyi, gömrük rəsmiləşdirməsi prosesində uyğunsuzluqlar olduğu aşkar edilib.
Belə ki, gömrük orqanına təqdim edilən gömrük bəyannaməsində idxal olunan 24 ton 196 kq mühərrik yağının mənşə ölkəsinin Türkiyə Respublikası olduğu qeyd edilib.
Lakin 99KS785/99ZC785 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan mallara gömrük baxışı keçirilən zaman “Japan Oil 5w30 SP 1 litr”, “Japan Oil 5w30 SP 5 litr”, “Japan Oil 0w20 SP 4 litr” adlı mühərrik yağlarının üzərində Yaponiyaya məxsus bayraq, atributlar, ştrix kod, müvafiq sənədlərdə isə təhrif olunmuş məlumatların olduğu müəyyənləşdirilib.
Aşkar edilmiş faktla bağlı müvafiq tədbir görulüb, həmçinin istehlakçıların hüquqlarının müdafiəsi və haqsız rəqabətin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilib.



Xəbərlər  Tarix:   29 Okt 2022 / 12:51


« Əvvəlki xəbər (90 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR